Demokratik İslahatlar Uğrunda Cemiyyet (DİUC)

Gencede MSŞT (EITI) tedbiri

Posted by: diuc on: November 8, 2009

Noyabr ayının 7- də Gəncədə “Altun” Sarayinda (Atatürk prosrekti- 11) Demokratik İslahatlar Uğrunda Cəmiyyətlə (DİUC) Demokratik İnkişaf və iqtisadi Əməkdaşlıq İB tərəfindən  Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyə dəstəyi ilə reallaşan “EİTİ Prosesləri və fəaliyyətləri barədə ictimai məlumatlılığın artırırlması” layihəsi çərçivəsində  Dəyirmi Masa və günün ikinci yarısı isə Alternativ TV tərəfindən Talk- Shounun çəkilişi həyata keçirilib. 40

Hər iki tədbirdə Gəncə və ətraf rayonlarin İcra hakimiyyətinin nümayəndələri, Gəncəbasarda fəaliyyət göstərən mədən hasilatı şirkətləri, yerli QHT, KİV nümayəndələri, Milli Elmlər Akademiyası Gəncə şöbəsinin əməkdaşları, gənclər və ziyalılar iştirak edib. Dəyirmi Masada və Talk Şouda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü, Təşəbbüs çərçivəsində görülən işlər, mövcud vəziyyət, çətinliklər, MSŞA Koalisiyasının bu prosesdə iştirakı, mövqeyi, eləcə də Dövlət Neft Fondu, Fonddan maliyələşən layihələrin ölkə iqtisadiyyatinda rolu, neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, vətəndaş cəmiyyətinin narahatlıqları və digər məsələlər geniş müzakirə olunub.

Tədbirlərdə iştirak edən Mədən Sənayesində Şəffaflığın Artırırlması Koalisiyasının Şura üzvləri Azər Mehtiyev və Oqtay Gülalıyev, eləcə də MSŞA Koalisiyasının Gəncə şöbəsinin əlaqələndiricisi Aslan Vəliyev çıxış etmiş və sualları cavablandırmışlar.

Daha ətraflı məlumat yaxın saatlarda DİUC- un bloquna yerləşdiriləcək.

FOTOREPORTAJ

Cavab qoy

Bloq Statistikası

  • 1,309 tıklama

Ən Çox tıklananlar

  • None

Share this blog

Share

Açar Sözlər