Demokratik İslahatlar Uğrunda Cemiyyet (DİUC)

Ədliyyə Nazirliyi qanunsuzluğa və ayrı-seçkiliyə yol verir

Posted by: diuc on: İyul 7, 2009

“Ədliyyə Nazirliyi qanunsuzluğa və  ayrı-seçkiliyə yol verir” //

Paylaş
Demokratik İslahatlar Uğrunda Cəmiyyət (DİUC) Ombudsmana və QHT Dövlət Dəstək Şurasına müraciət etdi

QayNar: “1999- cu ilin sentyabr ayından fəaliyyət göstərən Demokratik İslahatlar Uğrunda İctimai Birlik Azərbaycanın veteran QHT-lərindən olmasına baxmayaraq bu günə qədər Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmayıb. Təşkilatın qeydiyyata alınmamasının əsl səbəblərini araşdırmaq və mövcud qanunsuzluğun aradan qaldırılması xahişi ilə Ədliyyə naziri Fikrət Məmmədova və  QHT- lərə Dövlət Dəstək Şurasına edilən müraciətlər  cavabsız qalıb”. Bu fikirlər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) və Prezident yanında QHT Dövlət Dəstək Şurasına ünvanladığı müraciətdən götürülüb.

Müraciəti imzalayan təşkilatın rəhbərləri Oqtay Gülalıyev və Razi Nurullayev məktubda qeyd edirlər ki, Ədliyyə Nazirliyinin bu mövqeyi Azərbaycan Respublikasının mövcud Konstitusiyasi, “QHT- lər (ictimai birliklər və fondlar) haqqında” qanunla, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarla, həmçinin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil etməklə yanaşı, prezident İlham Əliyevin 27 iyul 2007- ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”nın tələbləri ilə də uyğunsuzluq yaradır. Məktubda daha sonra deyilir; “QHT sektorunda geniş tərcübə toplamış, beynalxalq əlaqələr yaratmış, çoxlu sayda lahiyələr həyata keçirmiş Demokratik İslahatlar Uğrunda İctimai Birliyin dövlət qeydiyatına alınması üçün son illər Ədliyə Nazirliyinə 8 dəfə müraciət etmişik. Hər dəfə nazirlik müxtəlif bəhanələrlə təşkilatımızı qeydiyyata almaqdan imtina edib. Sonuncu müraciətimizdə isə əsaslı irad tapa bilməyən Ədliyyə nazirliyinin əməkdaşları bizə söz və hərf səhvini nöqsan kimi irəli sürüb. Halbu ki, indiyə qədər bizim dəstəyimizlə xeyli sayda QHT Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb və təşkilatımızın nizamnaməsi qanunvericliyin tələblərinə uyğun hazırlanıb. Bütün bunlar onu göstərir ki, nazirliyin əməkdaşları QHT- lər arasında ayrı-seçkilik yaradır, bəzi təşkilatları bilərəkdən qeydiyyata almaq istəmir, onları qanunun tələblərinə zidd şəkildə aylarla get- gələ salırlar. Ədliyyə Nazirliyinin sonuncu cavabında sonra qurumun qeydiyyat işinə məsul şəxsləri ilə görüşündə onlar açıqca bizə bildirdilər ki, Nizamnamə əsas deyil, siz QHT Dövlət Dəstəyi Şurasından dəstək məktubu alın (!?). Bütün bunlar bir daha onu göstərir ki, Ədliyyə nazirliyi kimi qanunların aliliyini əsas götürməli olan bir dövlət qurumu qanunun tələblərinə deyil, digər təşkilatların və şəxslərin zəmanət məktubuna önəm verir. Öz işini onların üzərinə atmaqla bitmiş hesab edir. Bu mövqe bir daha Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, QHT- lərin dövlət qeydiyyatı probleminə müvafiq instansiyaların sərgilədiyi münasibətin göstəricisidir”

Müraciətin sonunda məktub müəllifləri Ombudsmanın QHT- lərə bağlı müasibətini tədqir etdiklərini bildirməklə yanaşı, onu və QHT Dövlət Dəstək Şurasını Demokratik İslahatlar Uğrunda İctimai Birliyin dövlət qeydiyyatına alınması üçün əməli fəaliyyətə çağırırlar.

// Şəmsi Abbasov, QayNar

http://news.qaynar.info/28600.html

Cavab qoy

Bloq Statistikası

  • 1,063 tıklama

Ən Çox tıklananlar

Share this blog

Share

Açar Sözlər